Əli Əhmədov: 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar

15:20 - 28 / 11 / 2019
Əli Əhmədov: 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar

2019-cu il islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluğuna səbəb olan sosial paket həyata keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bunu mətbuat konfransında çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib.

O, deyib ki, Prezidentin həyata keçirdiyi islahatları ciddi müzakirə olunur:

“İnsanlar bu islahatlarıın nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrin verir və bundan sonra da vercək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmmunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb.

Azərbaycanda istər stuktur sahəsində, istər kadr sahəsində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsinin məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

1news.az

 

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər