YAP-ın sədr müavini: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək

Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur.
1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib:
“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir.
Növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq. Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun”.
Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib.
1news.az