“Sabah”- “Qarabağ” oyununu izləyənlər hədiyyə qazanacaqlar | 1news.az | Xəbərlər
Futbol

“Sabah”- “Qarabağ” oyununu izləyənlər hədiyyə qazanacaqlar

16:48 - 28 / 11 / 2019
“Sabah”- “Qarabağ” oyununu izləyənlər hədiyyə qazanacaqlar

“Sabah” futbol klubu azarkeşlər üçün sürpriz hazırlayıb.

1news.az-ın məlumatına görə, növbəti turda “Sabah”ın “Qarabağ”la matçını izləyən azarkeşlərin bir neçəsi qiymətli hədiyyə qazanacaq.

Belə ki, 3 nəfər “Sabah”ın titul sponsoru Bank Respublikadan 100 AZN, 1 nəfər isə klubun akademiyasının sponsoru olan “Maxi.az”dan televizor əldə edəcək.

Nəzərinizə çatdıraq ki, “Sabah”- “Qarabağ” oyunu dekabrın 2-də saat 20:00-da başlayacaq. Stadiona giriş pulsuzdur.

1news.az

Paylaş:
1531

Son xəbərlər

Bütün xəbərlər