Bakı-Pirşağı marşrutu üzrə dəmir yolu xətti işə düşür – CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC dekabrın 2-dən Bakı-Pirşağı-Bakı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlayacaq.
Bu barədə 1news.az-a qurumdan bildirilib.
Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.
Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.
S.Xankişiyeva
4414