Samsung mikrodalğalı sobaları ilə sağlam qidalanmaqdan zövq alın
Müasir mikrodalğalı sobaların işləmə prinsipi olduqca sadədir: işə düşdükdən sonra magnetron soba daxilində bərabər şəkildə paylaşdırılan və tədricən qida içərisindəki su molekullarını hərəkətə gətirən mikrodalğalar yayır. Nəticədə, su molekulları qidanın qızdırılması üçün lazımi miqdarda enerjini təmin edən titrəmə hərəkətləri icra etməyə başlayırlar.
Yeni nəsil Samsung mikrodalğalı sobalarının dizaynına yalnız mikrodalğa paylayıcısı deyil, həm də ayrıca istilik elementi rolunu oynayan qril daxildir.
Burada məcməyinin fırlanması məhsulların bərabər şəkildə qızarmasını təmin edir. Beləliklə, onun köməyi ilə bir damla belə yağ istifadə etmədən xırtıldayan və tam qızarmış yeməklər əldə edirsiniz. Sözü gedən bu sobalarda hazırlanmış ət və toyuq məmulatları bütün faydalı xüsusiyyətlərini qoruyaraq dadlı və ətirli olur.
Yağlı qidalardan istifadə etməyərək, sağlam həyat tərzinə riayət edirsinizsə, bu halda Samsung mikrodalğalı sobaları sizin üçün yaradılıb. Belə ki, qeyd edilən sobalarla həm faydalı, həm də ləzzətli nemətlərdən dada bilərsiniz. Qeyd edilən sobaların qril funksiyasından istifadə etmək çox sadədir, buna misal olaraq daha yaxşı nəticə əldə etmək üçün qrili istifadə etməzdən əvvəl təxminən 5 dəqiqə ərzində sobanı isidin, belə olduğu halda yeməklər daha sürətli hazırlanacaq və qızardılacaq. Qril funksiyası ilə təchiz olunmuş Samsung mikrodalğalı sobaları ilə siz özünüzü sadəcə ət yeməkləri ilə deyil, isti sendviç və çörək tostları kimi ləzzətli səhər yeməkləri və qəlyanaltılarla da sevindirə bilərsiniz.
Sözü gedən mikrodalğalı sobanın nəinki, istifadəsi, həm də təmizliyi olduqca asandır. Samsung-un təqdim etdiyi mikrodalğalı sobanın kamerası bio-keramika ilə örtülmüşdür. Bu örtük olduqca davamlıdır, bu səbəbdən qeyd edilən səthin cızılması mümkünsüz, kirlənməsi isə olduqca çətindir.
Soba təmizliyini adi süngər ilə də təmin etmək olur. Kameranın parlaqlığı və rəngi isə hətta uzun müddətli istifadədən sonra belə dəyişməz olaraq qalır. Qeyd edilən material paslanmayan poladdan bir neçə dəfə güclü olsa da, hamar və qüsursuz təəssürat bağışlayır. Həmçinin, belə bir örtük aşağı istilik keçiriciliyinə malikdir və bu da yemək hazırlanmasınının və qızdırılmasının müddətini azaldaraq, enerji xərclərinə qənaət etməyə imkan yaradır. Qoruyucu elvan örtük isə yüksək temperaturda mikrobların və bakteriyaların yaranmasının qarşısını alır.
Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.