Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyi qeyd olunub – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyi qeyd olunub – FOTO  

10:12 - 02 / 12 / 2019
Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyi qeyd olunub – FOTO  

Bu il paytaxtımız Bakı ilə Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur. Məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanmışdır.

1news.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən xəbərə görə, əlamətdar tarıxlə əlaqədar Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə Ağ şəhərdə yerləşən Nobel qardaşlarının ev muzeyində Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyinə həsr edilmiş tədbir keçirilmışdir. Tədbirdə dövlət rəsmiləri,  elm, ədəbiyyat, mədəniyyət xadımləri, tanınmış idmançılar, iş adamları iştirak etmişlər.

Qonaqları salamlayan Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat vermiş, Azərbaycanla Fransa arasındakı münasibətlərin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulamışdır. O, Bakı və Bordonun çox fəal və cəlbedici şəhərlər olduğunu qeyd etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur. Hələ 1708-ci ildə Səfəvilər ilə Fransa  arasında  diplomatik və ticarət müqavilələri bağlanmışdır. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi.

Bu gün  Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Cənab İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər etmişlər. Heydər Əliyev Fondu Fransa Azərbaycan münasibətlərinin inkişafında önəmli işlər görmüşdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açıldı. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb. 

Heydər Əliyev fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak etmişdir. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Bir çox azərbaycanlı turistlər Fransaya, fransız turistlər Azərbaycana səfər edir.

40 il keçməsinə baxmayaraq Bordo şəhəri ilə yaranmış əməkdaşlıq bu gün də sıx davam edir onları bir çox sahələr bağlayır. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzləridir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələri daha da genişləndirməsi  və inkişaf etdirməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunmuşdur.

Sonda Bordo şərablarının təqdimatı keçirilmişdir.

S.Xankişiyeva

 

 

Paylaş:
549

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər