Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib

10:23 - 03 / 12 / 2019
Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindirici haldır ki, artıq onların sayı 13 olub.

2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
603

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər