Bakı-Sumqayıt qatarında yaranmış nasazlığın səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarında yaranmış nasazlığın səbəbi açıqlanıb

10:12 - 05 / 12 / 2019
Bakı-Sumqayıt qatarında yaranmış nasazlığın səbəbi açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranması barədə məlumatlara aydınlıq gətirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən 1news.az-a bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

S.Xankişiyeva

 

Paylaş:
5221

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər