Avropa Məhkəməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı iddialarını araşdırmağa başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa Məhkəməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı iddialarını araşdırmağa başlayıb

12:43 - 06 / 12 / 2019
Avropa Məhkəməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı iddialarını araşdırmağa başlayıb

İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Ermənistana qarşı 22 azərbaycanlı qaçqın və məcburi köçkünlərin işi üzrə araşdırmağa başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Vəkillər Kollegiyasının üzvü Əsabalı Mustafayev Facebook səhifəsində yazıb.

Söhbət Ermənistandan olan qaçqınların və ölkəmizin işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Ermənistana qarşı 2009-2011-ci illərdə göndərilən işlərdən gedir.

Əsabalı Mustafayev qeyd edib ki, o dövrdə Ermənistan hakimiyyəti tərəfindən vəkillərdən ibarət xüsusi qrup yaradılıb və onlar tərəfindən ölkəmizə qarşı çoxlu sayda və sistemli şəkildə oxşar şikayətlər hazırlanaraq Avropa Məhkəməsinə göndərilib:

“Yaxşı ki, o dövrdə yeganə qurum olaraq QHT-ə Dəstək Şurası kiçik də olsa yardım göstərdi və bizlər də belə şikayətləri göndərə bildik. Görünür Avropa Məhkəməsi tərəfindən araşdırma hər iki dövlətdən göndərilmiş şikayətlər üzrə eyni zamanda aparılacaqdır. Mən Çıraqovun Ermənistana qarşı şikayətinə Avropa Məhkəməsinin Böyük Palatasında baxılarkən həmin prosesdə tamaşaçı qismində iştirak etmişəm. Şahidi olmuşam ki, məhkəmə hər bir xırda detal və epizodlara ciddi diqqət yetirir”.

“Bir neçə ay ərzində ünvanımıza daxil olan 22 müraciəti İnsan Haqları üzrə Avropa Məhkəməsinə yönləndirdik. Əlbəttə ki, bu, azərbaycanlı məcburi qaçqın və köçkünlərin ümumi sayı ilə müqayisədə çox cüzi rəqəmdir. Nəzərə almaq lazımdır ki, hər ailə ilə bağlı materialları bir-bir toplamaq lazımdır. Axı həmin dövrlər kupçalar yox idi. Buna görə də sənədləri şəhadətnamələr, fotolar və s. əsasında toplamaq lazım idi”, - deyə Ə.Mustafayev bildirib.

O, digər vacib məqama diqqət yetirməyi bildirib: “İHAM-nə müraciət ünvanlamaq üçün daxili hüquqi prosedurlardan da istifadə etmək lazımdır. Lakin bu, mümkün deyil. Beləki müraciət edənlərin hüquqları ölkəmizin bir hissəsini işğal etmiş Ermənistan tərəfindən pozulub. Bunu üçün iddiaçıların hüquqlarının tapdalanması faktı ilə bağlı Avropa Məhkəməsinə ilk növbədə işğal olunmuş ərazilərin Ermənistanın nəzarətində yerləşməsini sübuta yetirmək lazımdır. Bunun üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edərək ətraflı bir əsaslandırma, həmçinin İHAM-nin məhkəmə hüququ hazırlayaraq bu işi Avropa Məhkəməsinə təqdim etdik”.

Ə.Mustafayev daha aspektə də diqqət yetirib: “Orada qalan mülkiyyət üçün kompensasiya məsələsini qaldırmaq vacibdir. Söhbət qaçqın və məcburi köçkünlərimizin bərabər hüququndan gedir. Buna görə bu iddialar insan hüquqların pozulmasıyla bağlı siyasi məsələ kimi baxmaq lazımdır. Həmçinin qaçqın və məcburi köçkünlərimizin öz mülklərinə çıxış əldə etmələri üçün şərait yaradılmalması üçün məsələ qaldırmışıq.

Məhkəmədən gələn məktubda araşdırılacaq şikayətlərin ümumi sayı 1200 göstərilib, lakin hər ölkəyə düşən pay dəqiqləşdirilmir.  Buna görə də Azərbaycandan nə qədər şikayət göndərilməsini də dəqiq bilmirik”.

“Buna görə də həmkarlarımızdan bu araşdırmalar üzrə hazırlayacaqları sənədlərin, arqument və sübutların sistemli, hüquqi və əsaslandırılmış, bir birinə uyğun olması üçün imkanlarımızı birləşdirək və fəaliyyətimizi əlaqələndirməyi xahiş etdim. Hesab edirəm ki, bu halda uğurlarımız daha çox olar. Bu artıq dövlətlər arasında aparılacaq çəkişmədir, çox ciddi siyasi çəkisi vardır” – deyə Ə.Mustafayev bildirib.

Onun sözlərinə görə, İHAM-nə göndərilən iddiaların materiallarını yeniləmək lazımdır:

“Belə ki, bu müddət ərzində iddiaçılardan kimsə ünvanını, telefonunu, elektron poçtunu dəyişə və ya vəfat edə bilər. Və indi həmin adamı məhkəmədə digər şəxs təmsil edə bilər. Buna görə də fevralın sonuna qədər məlumatları dəqiqləşdirməyə başlamışıq ki, bütün məlulatları məhkəməyə göndərək. Bu işdə bizə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də aiddiyatı digər qurumların köməyinə ehtiyacımız var.

İHAM-in proseduruna əsasən, növbəti mərhələdə, yəni materiallar barədə dəqiqlşdirici məlumat aldıqdan sonra məhkəmə şikayətlər üzrə araşdırmalara başlayır, Ermənistan hökuməti ilə şikayətlər əsasında yazışmalar aparır. Bütün bu prosedurların sonunda məhkəmə müəyyən bir iddia ilə bağlı qərar qəbul edir. Ümumilikdə bütün prosedur bir il çəkə bilər”.

Həmçinin o qeyd edib ki, rəhbərlik etdiyi QHT qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə məlumat broşuraları hazırlayıb paylayıblar ki, onlar da Ermənistana qarşı qaldırılan iddiaların qaydaları ilə tanış olsunlar:

 “Bu cür iddialar nə qədər çox olarsa, İHAM-in nəticədə onlara xüsusi hüquqi proseduru tətbiq edə bilmək ehtimalıını da artırır. Həmçinin bu, Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə bağlıq daha bir addım ola bilər. Həmçinin İHAM tərəfindən Azərbaycan vətəndaşlarının Ermənistana qarşı iddialarına baxılmasında gələcək qələbələrimiz üçün böyük bir addımdır”, - deyə Ə.Mustafayev bildirib.

 

Paylaş:
1117

Son xəbərlər

Qabon XİN başçısı: “Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”19 / 06 / 2021, 17:55İstanbulda zəlzələ olub19 / 06 / 2021, 17:45İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib19 / 06 / 2021, 17:40Paralimpiyaçımız Pərvin Məmmədov “Tokio-2020”yə lisenziya qazanıb19 / 06 / 2021, 17:38Vaksinasiya STATİSTİKASI: Son sutkada COVID-19 əleyhinə 40709 vaksin vurulub - FOTO19 / 06 / 2021, 17:26Azərbaycanda 19 iyuna olan COVID-19 statistikası AÇIQLANDI19 / 06 / 2021, 17:15Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib - FOTO19 / 06 / 2021, 17:09Ceyhun Bayramov Antalyada küveytli həmkarı və Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO19 / 06 / 2021, 16:55Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb19 / 06 / 2021, 16:40Bakının iki rayonda içməli suyun verilməsində məhdudiyyət yaranıb19 / 06 / 2021, 16:30Beş ayda tarlalardan 63,7 min ton taxıl yığılıb19 / 06 / 2021, 16:18Nazirlik sosial şəbəkələrdə yaranan problemlə bağlı açıqlama yaydı: Qlobal xarakter daşıyır19 / 06 / 2021, 16:08Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib - FOTO19 / 06 / 2021, 16:00İran Böyük Britaniyaya nota verib19 / 06 / 2021, 15:50Xətaidə azyaşlını hədələyib telefonunu alan şəxslər saxlanıldı - FOTO19 / 06 / 2021, 15:41Füzulidə yol qəzası: Ölən və yaralananlar var19 / 06 / 2021, 15:30Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb19 / 06 / 2021, 15:18Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək19 / 06 / 2021, 15:10Yaşasaydı 38 yaşı tamam olacaqdı - Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi anıldı - FOTO19 / 06 / 2021, 15:07BNA-dan futbol üzrə Avropa çempionatı ilə əlaqədar azarkeşlərə MÜRACİƏT19 / 06 / 2021, 15:03
Bütün xəbərlər

Next TV