İflasın astanasında: Azərbaycan voleybolunun qarşılaşdığı acınacaqlı mənzərə...
Bu məqalə üçün material toplamağa hələ iki ay əvvəl başladım.
Açığı, bu, çox çətin oldu. Birbaşa mahiyyətə keçməzdən əvvəl, xatırlatmaq istərdim ki, 1news.az son bir il ərzində ölkədəki müxtəlif idman növlərində yaranmış çətinliklər haqqında dəfələrlə material hazırlayıb. Bir ildən az müddət əvvəl Azərbaycan şahmatının enişindən yazmışdıq. Ədalət üçün qeyd edək ki, son bir neçə ayda gənc şahmatçılarımız əhəmiyyətli uğurlara imza atıb.
Həmçinin Azərbaycan boksunun qarşılaşdığı problemlərlə yanaşı, dünya boksunda hakimlik edən böhrandan da yazmışıq. Bütün bunlar hamısı dünya çempionatında yığmanın müvəffəqiyyətsizliyi ilə nəticələndi.
İlin əvvəlində Azərbaycan basketbolunda da böyük qalmaqal yaşandı. Bununla bağlı Azərbaycan basketbolunun nə üçün susduğu barədə də yazmışdıq.
Güləş yığmamızın Nur-Sultanda dünya çempionatına lisensiya qazanması zamanı uğursuz çıxışından da yan keçmədik. Bütün bunlar güləşimizdə yaranmış problemlərin göstəricisidir.
Azərbaycan futbolunun çoxsaylı problemlərini sadalamaq istəməzdim. Diqqətcil oxucu bunların hamısını çox yaxşı xatırlayır.
Bütün bunları səbəbsiz yerə sadalamadım. Qeyd etdiyim kimi, iki ay əvvəl artıq uzun müddət öncə milli voleybolumuzda yaranmış problemlərlə bağlı material toplamağa başladım. Və Avropa səfər çempionatları da voleybolumuzda çoxdandır yaranmış boşluqları doldurmağa qadir deyil. Uğursuz Avropa çempionatı 2019 yığmamızın pis vəziyyətdə olduğunu göstərdi. Belə ki, Estoniya ilə matçda yığmamızın qrup mərhələsində çırmaqlayaraq qazandığı qələbə (2:3), 1/8-də Bolqariyaya (0:3) uduzması bunun bariz nümunəsidir.
İki ay öncə Azərbaycanın voleybol üzrə qadın yığması Qızıl Avropa Liqasında uğursuz şəkildə çıxış edərək, nəticədə 12 komanda arasında 11-ci yeri tutdu. Bir sözlə, orada yığmanın yarıikinci heyəti çıxış edirdi. Nəticə göstərdi ki, ehtiyat komandamız yoxdur.
Covanni Kaprara
Noyabrın əvvəlində yığmanın baş məşqçisi Covanni Kaprara qaçdı. Özü də könüllü olaraq yığmanı tərk etdi. Federasiya italyanın vəzifədən azad olunması ilə bağlı rəsmi olaraq məlumat vermədi. Kaprara Hollandiya yığmasının təklifindən imtina edə bilmədi. Azerisport-un məlumatına görə, Kaprara federasiyanın yeni baş katibi Cəlil Cəfərovla yola getmirdi. Belə ki, Cəfərov italyanın yığmaya rəhbərlik etməsindən də məmnun deyildi. Nəzərə alsaq ki, qadın yığmamız Olimpiadaya (8 yığmanın iştirakı ilə bir səfərin lisensiya başlanğıcı yanvarda baş tutacaq) lisenziya qazanmaq şansını hələ də saxlayır, federasiyanın mövqeyini anlamaq çətindir. Yeri gəlmişkən, avqustda Braziliyadakı lisenziya turnirində elə ilk matçdan məğlub olduq.
İlk növbədə federasiyanın mövqeyi haqda danışmaq istərdik, bu, çox asandır. Sükut və jurnalistlərə tamamilə əhəmiyyət verməmək! Federasiya nümayəndələri onlara müraciət edənin jurnalist olduğunu bilən kimi, dərhal mətbuat xidməti ilə əlaqə saxlanılmasını bildirirlər. Mətbuat xidməti də öz növbəsində nəcib şəkildə bizi maraqlandıran sualları yazılı şəkildə göndərməyimizi xahiş edir və bir neçə gün sonra sualları cavablandıracaqlarına vəd edirlər. Bir neçə gün bir neçə həftə, həftələr isə bir neçə ay olur. Nəticədə mətbuat xidməti də 1news.az-ın zənglərinə məhəl qoymamağa qərar verdi. Bu da federasiyanın mövqeyinin bariz göstəricisidir.
Bu faktı nəzərə alaraq suallarımızı burada dərc etmək qərarına gəldik. Ola bilsin ki, ən azından özlərinin xatirinə federasiyada suallarımıza cavab vermək istəyərlər. Biz isə ekspertlərimizin köməyilə onlara cavab tapmağa çalışacağıq. İnkişaf üzrə işlər görüldükdə susmaq qızıldır. Hazırki halda isə deqradasiyadan başqa heç nə görmürük. Yeri gəlmişkən, indiki vəziyyətə bu və ya digər dərəcədə hakim olan keçmiş məşhur voleybolçu qadınlarımızla da söhbət etməyə çalışdıq. Onlardan bəziləri mövzuyla bağlı açıq danışmaq istəmədiyini bəyan etdi, bəzisi isə sadəcə zənglərə cavab vermədi. Veteranlarımızın hansı səbəbdən susmaq istəməsini anlamaq çətin deyil. Federasiyanın işləri yaxşı gedəndə, hər kəs danışır, problemlərlə bağlı isə hamı susur. Yalnız yığmanın eks-voleybolçusu, hazırda isə məşhur jurnalist Fəridə Rəsulova istisnalıq etdi.
Lakin ilk olaraq federasiyaya cavablandırılması üçün ünvanladığımız sualları səsləndirmək istərdim:
- Azərbaycan Voleybol Federasiyası və federasiyanın rəhbəri olaraq Cavid Qurbanov qadınlardan ibarət yığmanın Avropa çempionatındakı çıxışını necə qiymətləndirərdi? Baş məşqçi Covanni Kapraranın gördüyü işdən razısınız?
Federasiya Covanni Kapraranın işini rəsmi şəkildə qiymətləndirmədi. İtalyan münasib variant tapan kimi, özü yığmanı tərk etdi. Yığmanın çıxışını isə yuxarıda qiymətləndirdik. Lakin, hesab edirəm ki, federasiyanın mövqeyi başqadır.
Zəki Feyzullayev
Zəki Feyzullayev – milli voleybolumuzun vəziyyəti ilə bağlı danışan az sayda jurnalistlərdən biridir. 1news.az yığmanın çıxışı ilə bağlı onun fikirləri ilə maraqlandı:
“Yığma Avroliqada səfər oyunundan sonra, 4-cü yeri tutduqda, həmin anda məyus olsaq da, lakin sonra daha yaxşı olacağını düşündük. Lakin Avropa çempionatı 2019 ümidlərimizin doğrulmayacağını göstərdi. Avroliqada məğlubiyyətin birinci səbəbi – layiqli heyətin olmaması idi. Avroliqaya qədər ehtiyat heyətlə komandamız Qızıl Avro Liqada orta heyətlə oynayan bütün matçları uduzdu.
Bu nəticələr həm məyus edir, həm də ruhdan salır. Digər tərəfdən də, biz hələ də yığmamızın uğur qazandığı keçmişdə yaşayırıq. Lakin son illər vəziyyət dəyişib. Ola bilsin ki, hazırda Avropa çempionatının 1/8 finalı – bizim üçün maksumumdur. Hazırda milli yığmamız dünya voleybolunun möhkəm ortababıdır. Bundan artıq iddia mümkün deyil”.
- Yığmamızın Qızıl Avro Liqada zəif çıxışı müzakirə edildi? Yığmanın ehtiyat heyətinin Filandiya, İspaniya və Belorus kimi orta Avropa yığması ilə oynamağa hazır olmadığı faktı narahatedici deyil?
Qızıl Avro Liqada çıxış əslində daha çox diqqətə layiqdir. Burada yığma tam heyətlə çıxış etmədi. Nəticə ən bədbin gösləntilərdən belə aşağı oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bu, yığmanın ehtiyat heyətinin olmadığının bariz göstəricidir. Yığmanı ən çətin anlarda güclə irəliyə aparan Polina Rəhimova komandanı tərk edərsə necə olacaq?
- Gənc voleybolçuların yetişdirilməsi ilə bağlı hansı işlər aparılır? Son illər yığmanın tərkibində bir zamanlar Parxomenko və Valeriya Korotenko bacıları kimi yerli voleybolçularımızın az olması, daha çox legionerlərə üstünlük verilməsi faktı federasiyanı narahat etmir?
İkinci sualdan daha bir məntiqi sual ortaya çıxır. Yığmada legionerlərin olmaması fikrindən uzağam. Natalya Məmmədova karyerası ərzində Avropada, hazıda Polina Rəhimova kimi ən yaxşılardan biri olub. Yelizaveta Səmədova da özünü pis göstərmir. Lakin hər zaman müəyyən hədd olmalıdır.
Hər il xaricdən 10 hündür boy qız gətirərək və voleybolun inkişafı üzrə işi görmüş hesab etmək olmaz. Nə üçün böyük gəlirlər ərəfəsində Azərbaycan klubları yüksək məbləğdə keyfiyyətli voleybolçu qızlar gətirməyə sərf etdiklərini, bu məbləğin 5%-ni voleybolun inkişafına sərf etmədi?! Nə üçün indi milli voleybolumuzda böyük gəlirlər olmadığı bir dövrdə yenə də biz gənclərə layiqli diqqət ayırmırıq?
Fəridə Rəsulova
Fəridə Rəsulova karyerasına Azərbaycan voleybolunda böyük pullar olduğu dövrdə böyük voleybolda başlayıb. Lakin həmin dövrdə demək olar ki, bütün klublar yerli voleybolçu qızları unutmuşdu. 1news.az eks-voleybolçu, hazırda isə İTV telekanalında layihə rəhbəri və jurnalistlə söhbət etdi.
“Azərbaycan voleybolunun qızıl dövrü 2002-ci ildə, “Azerreyl”in Top-Komandalar kubokunu qazandığı, bunun maksimum 2016-2017-ci illərə qədər davam etdiyi vaxta təsadüf edir. Bu dövr birmənalı deyildi. Bir tərəfdən bu, Azərbaycana dünya voleybolunda çəki gətirdi. Bütün bunlar dövlət və şəxsi təsirlər hesabına baş verdi. Bir dövr oldu ki, klublarımız dünya ulduzları tərəfindən gücləndi.
Ölkə çempionatından kənara çıxdı. Minimum 4 klub ölkədə, eləcə də Avropada titul uğrunda mübarizə aparırdı. Bizləri sayaraq hörmət etməyə başladılar. Azərbaycan voleybolunun çəkisi artmağa başladı. Baxmayaraq ki, voleybol ənənələrimiz hər zaman olub. Bütün bu hallarda birinci dərəcəli rol ömrünü Azərbaycan voleyboluna həsr etmiş Faiq Qarayevə məxsusdur. Onsuz heç nə olmazdı. Əldə etdiyimiz hər şey onun sayəsində olub. Bu, müsbət tərəfdir.
Medalın iki üzü var. Milli voleybola nəhəng pullar yatırılırdı. Lakin həmin dövrdə ulduzlar bizə axışanda, ölkədə gənclər yetişdirilmirdi. Bu, böyük voleybola qədəm qoyduğum dövrə təsadüf edir. Bu, həmçinin məndən sonrakı nəslə də aiddir. Onlardan hazırda Ayşən Əbdüləzimova və Şəfaqət Həbibova oynayırlar. Lakin bir çox voleybolçular həmin dövrdə voleybolu tərk etdi.
Mənim bir az şansım gətirdi. “Rabitə”yə düşdüm və voleybolda bir az qalası oldum. Bu vəziyyət digər klublarda da oldu. Yerli qızlara oynamağa imkan verilmirdi. Gənc idmançı oynamaq istəyir, ehtiyatda oturaraq sadəcə maaş almaq istəmir. Əgər oyun təcrübəsi qazanmasan üstünlük əldə edə bilməzsən. Yerlilərə sadəcə “Azərreyl”də oynamaq şansı verilirdi. Nəticədə həmin dövrdə heç bir gənc oyunçu yetişdirmədik. Mən 25 yaşımda karyeramı bitiriməyə məcbur qaldım”.
Ayşən Əbdüləzimova
Nə üçünsə, dünya ulduzlarının axın etdiyi Türkiyədə yerli oyunçulara da şans verilir. Orada limit belə idi, buna əsasən meydanda üç yerli oyunçu olmalıdır. Bəs bizim bu yolla getməyimizə nə mane olurdu? Voleybolumuzda böyük gəlirlər dövrü demək olar ki, iz buraxmadı.
Əlbəttə ki, müəyyən ehtiyata və zəngin təcrübəyə malik hazır oyunçu və ya voleybolçunu gətirmək, özümüzünküləri inkişaf etdirməkdən daha asandır. Antropometriya, guya bizdə hündür boy qızların olmaması ilə bağlı söhbətlər cəfəngiyyatdır. Sadəcə olaraq işləmək, seçimlər etmək, hündür boy və perspektivli qızlar axtarmaq lazımdır. Həmçinin voleybolda iki mövqe var ki, burada hündür boy voleybolçu qızlar təbəl olunmur.
Bu, əlaqələndirici və ötürücü mövqedir. Nə üçün Valeriya Korotenko və Oskana Paxromenko dövründən bəri bizdə bu səviyyədə voleybolçu qızlar olmadı? Problem burasındadır ki, bizdə indiyə qədər bir çox regionlarımızda hələ də voleybol yoxdur. Bir zamanlar regionlara səfər etdikdə orada istedadlıların olduğunu görürdüm. Bir zamanlar Aynur Kərimova da belə kəşf edilib”.
- Ölkə çempionatına nə vaxt start veriləcək? Federasiyanın klubların sayının artırılması və rəqabətlə bağlı planları nədir?
Son illərdə ölkə çempionatını, xüsusən birinin az qala uşaqlar təşkil etdiyi qadın klubları arasında keçirilən birinciliyi 4 klubun bitməyən döyüşləri təşkil edir. Yeri gəlmişkən, dekabr ayı olmasına baxmayaraq hələ də ölkə çempionatına start verilməyib. Hələ də məlum deyil ki, çempionat nə vaxt başlayacaq və orada neçə klub iştirak edəcək.
Ən kədərlisi də, bu mövsümdə Azərbaycan klublarından heç birinin Avropa kuboklarında iştirak etməməsi oldu. Tam əminliklə deyə bilməsən də, lakin Faiq Qarayevin səyləri ilə 2000-ci illərdə Azərbaycan voleybolunun gücləndiyi dövrdən bu yana, belə halı xatırlamıram.
Normal çempionatın olmadığı müddətdə ölkənin aparıcı voleybolçu qadınları xarici klublara – Avropadan Braziliyaya və Yaponiyaya qədər dağıldılar. Fəridə Rəsulovadan yaranmış vəziyyətin müsbət və mənfi tərəflərini şərh etməsini xahiş etdik:
“Voleybolçu qadınların “oynamaq” modeli təcrübəsi yalnız bizdə deyil. Lakin burada bir neçə məqam var ki, mənzərəni kökündən dəyişir. Yalnız İtaliya və Rusiyanın deyil, metal dəyələr və resurslar baxımından oxşarlığı olan qonşu Türkiyəni nümunə gətirəcəyəm. Beləliklə, Türkiyədə aparıcı oyunçular bütün karyerası dövründə daxili çempionatda oynayırlar.
Əlbəttə, ilk növbədə bu, güclü birincilikdir, ikincisi isə, burada qazanc digər “voleybol” ölkələrindən az deyil. Gördüyümüz kimi, baxmayaraq ki, Türkiyə Voleybol Federasiyasında da böhranlar yaşanır, orada nəsillər bir-birini əvəz edir.
Oyunçularımız xaricə belə deyək ki, yaxşı həyatdan getmirlər. Oyun təcrübəsi olmadan qızlar nəinki “qəfəsdən” çıxmaqla yanaşı, dolanışıqlarını da itirirlər – bu vacib məqamı da unutmayaq. Biz hələ oynamağa başlayan gənclərdən danışırıq. Əgər ölkənin daxilində çempionat 4 komandadan ibarətdirsə, bunlardan ən yaxşı halda gənclər yığmasını təşkil edən 2-sidirsə, kiminləsə rəqabət apara bilməyəcəksə, onlar necə inkişaf edə bilər?! Gənclərimizə gəldikdə, yaxşı çempionat olmazsa, inkişaf etmək mümkün deyil. Səbəblər aydındır – inkişaf və məqsəd bəlli deyil.
Ümumildikdə, xaricdə oyun təcrübəsi – əlbəttə ki, əla təcrübədir. Voleybolda isə oyunçuların ayrıca oynamaq bacarığı deyil, komandanın ümumi oynaqlığı aparıcı məqamdır. Və ən yaxşı nəticəni onların ən azından yarı heyəti bir komandada və ya bir çempionatda oynayan yığmalar göstərir. Ölkə çempionatını üstələmiş milli komanda liderləri ölkə xaricində oynaması daha yaxşıdır – o zaman tarazlıq qorunur və hamıya uyğun olur”.
- Azərbaycan voleybolunun irəlilədiyi və irəliləməsi üçün federasiyasının aydın strateji planı var? Azərbaycan voleybolunda yaranmış vəziyyər federasiya rəhbərliyini qane edir?
Sual olduqca vacib olsa da, lakin ritorik olmaq təhlükəsi var. Federasiyanın ölkə voleybolunun inkişaf etməsi və böhrandan çıxması üçün nə edilməli olduğunu başa düşüb-düşməməsini bilmək vacibdir. Bunun üçün lazımi addımlar atılırmı?
Vleybol – müstəqillik dövründə idmanın ən inkişaf etmiş komanda növüdür. Lakin indi Azərbaycan voleybolu iflasın astanasındadır.
Faiq Qarayev
Faiq Qarayevin sağlamlıq vəziyyətinə görə idmanın bu növünə cəlb edilməməsi Azərbaycan voleybolu üçün böyük zərbə oldu. Açığı, onun rəhbərlik etdiyi dövrlərdə də federasiyada bir çoxlarının narazı olması söz-söhbətləri də gəzir. Xatırladaq ki, dünya çempionatı 2018-dən dərhal sonra Faiq Qarayevin yığmanı tərk etməsi səsləndirildi.
Daha bir problem – maliyyənin olmamasıdır. Heç kəsə sirr deyil ki, milli yığmamıızda hazırda gəlir yoxdur. “Qızıl dövr” bitdi, bir çox komandalar fəaliyyətini dayandırdı, aparıcı voleybolçu qızlar da xaricə getdi. Kimləri artıq karyerasını bitirdi, kimlərsə yığmada oynamır. Onların layiqli əvəzləyiciləri yoxdur. Yetişdirilməyib! Yalnız yaxın günlərdə qızlar arasında U-16 yığmamız Şərqi Avropa Voleybol Bölgəsi Birliyi çempionatında (EEVZA) çıxış edib. Bilirsiniz yığmamız necə çıxış etdi? Rusiya, Ukrayna, Latviya və Gürcüstana növbə ilə yol verərək, dörd görüşdən birini qazandı. Bu da inkişafın göstəricisi!
Fəridə Rəsulovanın hesab etdiyi kimi, bu idman növünün vəziyyəti nikbinlik oyatmır:
“İstənilən idman növü üçün inkişafı olmaması – deqradasiyaya səbəb olur. Yəni iki il əvvəlkindən yaxşı olmursa, bu, stabillik deyil, geriyə prosesdir. Son illər baş verən hadisələri nəzərə alaraq Azərbaycan voleybolu tənəzzüldədir. Yığmanın çıxışı bu məyus vəziyyətin sadəcə bir nümunəsidir”.
Zəki Feyzullayev də bunlara həmfikirdir:
“Etiraf edək ki, son illər voleybolumuzda səviyyət aşağı düşüb. Bu, dərhal baş vermədi. Bir zamanlar Azərbaycan Avropa Voleybol Konfederasiyalarının reytinqində 4-cü yeri tuturdu və çempionlar liqasında hətta üç klub nümayiş etdirə bilirdi. Lakin tədricən klub voleybolu yox olmağa başladı. Bunun nəticəsi olaraq, bu mövsüm Avropa Kuboklarında heç bir klub çıxış etmədi. Bütün bunlar da yığmaya təsir göstərdi. Komandanın oyunu barədə tam məzərə yoxdur. Sadəcə ayrıca yaxşı oyunçular var. 1/8 finalda Avropa voleybolunun möhtəşəmi hesab edilməyən Bolqariyaya (0:3) təmiz məğlub olduq.
Hesab edirəm ki, Azərbaycan voleybolunda böyük pullar dövrü legionerlərin axını ilə yadda qaldı. Klubda yerli voleybolçularımız az idi. Lakin istisnalar var. Nümunə üçün, Bəyaz Əliyeva Zoran Qayiçin dövründə “Rabitə”də oynayırdı, sonra isə yığmaya gəldi. Ümumilikdə isə yerli voleybolçu qızların yetişdirilməsi məsələsi haqda çoxları düşünmürdü, klubların qarşısında əsas vəzifə – beynəlxalq areanda nəticələrə nail olmaq idi.
Azərbaycanın qadın voleybol yığması
Yığma da legionerlərin milliləşdiriməsi yolu ilə getdi. 2004-cü ildə Bakıda lisenziya turniri ərəfəsində yığmaya Nataliya Məmmədova cəlb edildi. Sonra Kseniya Kovalenko, daha sonra isə Polina Rəhimova və başqaları cəlb edildi. Sonra bu proses kütləvi hal aldı. Etiraf edək ki, voleybolçu qızların yüksək səviyyədə hazırlanması və beynəlxalq arenaya çıxarılmasında həmişə problem olub. Əsas problemlərdən biri də bizdə güclü mütəxxəsislərin olmamasıdır. İndi ölkədə hər zaman populyar idman növü olan voleybolun gələcək inkişaf istiqamətini müəyyən etmək bizim üçün vacibdir”.
Son hadisələr voleybolumuzun gələcəyilə bağlı bir çox suallar doğurdu. Milli çempionat hələ başlamayıb, klublarımız Avropa kuboklarında çıxış etmir, yığmamız qarşısına yüksək hədəflər qoymur və ölkədə gənc voleybolçular yetişmir. Ümid edək ki, federasiyada hansı istiqamətdə inkişaf etdirilməsini anlayırlar. Özü də bu istiqamət çox aydındır!
Teymur Maksutov