“EuroHome”da yanğın söndürülüb – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“EuroHome”da yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

12:38 - 10 / 12 / 2019
“EuroHome”da yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə,  bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Hazırda soyutma işləri davam etdirilir.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.

09.23

Bakıda ticarət mərkəzi yanır.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində “EuroHome” tikinti materiallarının topdansatış bazarında baş verib.

Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1news.az

Paylaş:
886

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər