Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü – VİDEO

09:39 - 11 / 12 / 2019
Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü – VİDEO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, "KamAZ" markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

1news.az

Paylaş:
639

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər