Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

09:55 - 12 / 12 / 2019
Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə səhər saat 08:00-dan Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

1news.az

Paylaş:
356

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər