Bakıda fırıldaqçı qızlar peyda olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fırıldaqçı qızlar peyda olub – FOTO

11:07 - 13 / 12 / 2019
Bakıda fırıldaqçı qızlar peyda olub – FOTO

Bakıda kişiləri tovlayan qızlar peyda olub.

İki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pul əldə edirlər.

Gürcüstandan olan iki qız yolda maşını saxlayaraq benzinin bitdiyini və onlara köməklik edilməsini xahiş edir. Sürücülər benzin vermək istəsə də, onlar pul tələb edirlər.

Müraciət edən sürücülərdən biri deyir ki, ''Azneft'' meydanı yaxınlığında həmin qızlar ona əl edərək saxladıb. Benzininin bitdiyini deyərək köməklik istəyib. Öz növbəsində ona benzin vermək istəsə də, qızalar israrla pul verməsini xahiş edib.

Ondan 5 manat alandan sonra maşınına əyləşərək yoluna davam edib. Sonra isə yanacaqdoldurma məntəqəsinə deyil, ticarət mərkəzinə giriblər.

Qeyd edək ki, bir müddət əvvəl cavan oğlan eyni usulla sürücülərdən pul tələb edirdi.

criminal.az

S.Xankişiyeva

 

Paylaş:
527

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər