ABŞ səfiri Salyana səfər edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfiri Salyana səfər edib – FOTO

17:08 - 17 / 12 / 2019
ABŞ səfiri Salyana səfər edib – FOTO

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberger Salyan rayonuna səfər etmişdir, Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov ilə görüşmüş, Şirvan Milli Parkını gəzmiş və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət etmişdir.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması cənab Səfirdə böyük təəssürat oyatdı. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğuladı və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirdi.

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə etmişdirlər.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

S.Xankişiyeva

Paylaş:
835

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər