“Gələn mövsüm “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqada olacaq” - Ramin Musayev | 1news.az | Xəbərlər
Futbol

“Gələn mövsüm “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqada olacaq” - Ramin Musayev

12:32 - 17 / 12 / 2019
“Gələn mövsüm “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqada olacaq” - Ramin Musayev

2020-2021 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.

İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan Musayev "Kəpəz" və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib: "Gələn mövsümdən Premyer Liqada 10 komanda olacaq. "Kəpəz"lə "Turan Tovuz" elitada çıxış edəcək".

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər