“Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri elan olunub

16:19 - 18 / 12 / 2019
“Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri elan olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr" müsabiqəsinin növbəti qalibləri elan olunub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, qalib layihələr sosial cəhətdən həssas, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının sosial problemlərinin həllini, məşğulluğun və əmək bazarında vətəndaşların rəqabət qabiliyyətinin artırılmasını özündə əks etdirir.

İctimai birliklər tərəfindən müsabiqəyə təqdim edilən layihələrin növbəti qalibləri - məsul şəxs və layihələrin adı aşağıda qeyd olunub:

1. "Üçüncü Bahar" - Nərmin Qəniyeva, məsul şəxs

2. "1001 səsli hekayə" - Nofəl Şirinov, məsul şəxs

3. "Gənc Fermer" - Mehman Əliyev, məsul şəxs

4. "Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması" - Azər Allahverənov, məsul şəxs

5. "MirvariStore"- Xəyalə İbrahimova, məsul şəxs

Xatırladaq ki, müsabiqənin ilkin mərhələsində dörd layihə qalib elan olunmuş və icrasına başlanmışdır. Qalib layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafı, təbiətin və ətraf mühitin mühafizəsi, elm və təhsilin inkişafı, sosial cəhətdən həssas əhali qruplarının sosial problemlərinin həllini özündə əks etdirir.

Qeyd edək ki, "Sosial layihələr" müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir. İştirakçılara yoxlamadan keçməyən və münsiflər heyətinin qiymətləndirməsinə təqdim olunan layihələr barədə elektron formada məlumat göndəriləcək.

1news.az

Paylaş:
448

Son xəbərlər

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04
Bütün xəbərlər