Bəs sizin övladlarınız tətil mövsümünü necə keçirəcək?

Yeni il yaxınlaşdıqca çoxsaylı şənliklər də başlayır. Tətil mövsümü, şübhəsiz ki, ilin ən həyəcanverici vaxtı olmaqla yanaşı, bütün ailənin birgə toplandığı ən gözlənilən zamandır.
Ənənəyə sadiq qalaraq, bu il də “Caspian Entertainment Company” ailəsi çoxsaylı əyləncələrlə balacalarımızı sevindirəcək.
Beləliklə, dekabr ayında, şəhərimizin iki müxtəlif uşaq əyləncə məkanında bir-birindən maraqlı Yeni il şənlikləri keçiriləcək!
Mövzulu əyləncələri sevən 3 yaş və yuxarı balacalar üçün 26 dekabr, cümə axşamı, 15:00-dan 17:00-dək Bumblebee Play/Preschool-da baş tutacaq, gerçək bir “Yeni il Karnavalı” hazırlanmışdır.
Şənlikdə balaca qonaqları gözləyir:
- Şaxta Baba ilə maraqlı oyunlar
- Müxtəlif viktorinalar
- Əyləncəli rəqslər
- Face art
- Dəyərli hədiyyələr
Cizgi filmi sevənlər üçün 28 dekabr, şənbə günü, 16:00-dan 18:00-dək Amburan Kids-də yerləşən Builder City-də baş tutacaq “Yeni il Macərası” hazırlanmışdır. Şənlik 4 və yuxarı yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
Əyləncə proqramına daxildir:
- Mr. White ilə Bəyaz Şou
- Sevimli cizgi filmi qəhramanları ilə görüş
- Şaxta Baba ilə maraqlı oyunlar
- Musiqili əyləncə
- Uşaq menyusu
Hər bir şənlik üçün nəzərdə tutulan biletləri Bumblebee Play/Preschool qeydiyyat masasından və Amburan Kids kassasından əldə etmək olar.
Əlavə məlumat üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayın :
Bumblebee Play/Preschool: (012) 599 20 00, Port Baku rezidensiyaları, Neftçilər prospekti 151
Amburan Kids: (012) 525 35 53 Bilgəh qəsəbəsi, Zuğulba prospekti 337, Amburan Mall (2-ci mərtəbə)
Reklam hüququnda