“İrəli” 2019-cu ilin hesabatını verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəli” 2019-cu ilin hesabatını verib – FOTO

16:51 - 25 / 12 / 2019
“İrəli” 2019-cu ilin hesabatını verib – FOTO

"İrəli" İctimai Birliyi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.

1news.az Azadinform-a istinadən xəbər verir ki, konfrans başlamazdan əvvəl, “İrəli” İctimai Birliyinin üzvləri, həmçinin təşkilatın Sədri MirHəsən Seyidov və idarə heyəti nümayəndələrindən ibarət heyət Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.  

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda giriş nitqi ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, rəhbərlik etdiyi təşkilat fəaliyyəti boyu ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərin ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirib: “Bu gün cənab Prezident İlham Əliyev təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli islahatlar gənclər sektorunda da ciddi canlanmaya səbəb olub. Xüsusilə dövlət başçımızın gənc kadrların dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində verdiyi mühüm qərarlar ölkə rəhbərliyinin ölkə gəncliyinə verdiyi ən mühüm qiymət, dəyərdir. Cənab Prezidentin gənclərə inam və böyük etimadından ruhlanan gənclərimiz, o cümlədən "İrəli" fəalları daha böyük əzmlə çalışaraq dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin inkişafına öz töhfələrini verməyə davam edirlər”.  

Vurğulanıb ki, “İrəli” İB ölkəmizin  hüdudlarından kənarda da uğurlu fəaliyyət həyata keçirir, gənclərimizin özünüinkişafına dəstəyini göstərir: "Hesabat dövrü ərzində təşkilatımızın dəstəyi ilə onlarla gəncimiz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edib, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini veriblər.  

Bildirilib ki, Cənab Prezident İlham Əliyevin doğum günündə - 24 dekabrda yaradılan təşkilat 11-ci ildönümünü də cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib: “Biz növbəti ad günümüzü Tərtərdə yerləşən N saylı hərbi hissədə keçirdik. Hərbi hissə rəhbərliyi, şəxsi heyətlə görüşdük, əsgərlərimizin yüksək səviyyədə hərbi xidməti üçün yaradılan şəraitlə tanış olduq. Bir daha əmin olduq ki, Vətənimizin keşiyində cəsur, mərd əsgərlərimiz dayanır. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırdır. O gün heç də uzaqda deyil. Biz inanırıq ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ və ətraf 7 rayon öz həqiqi sahibinə qayıdacaq, ölkəmizin ərazi bütövlüyü üzərində dövlət suverenliyimiz bərpa olunacaq”.  

"İrəli" İctimai Birliyinin son 1 illik fəaliyyətinə dair təqdimatla çıxış edən “İrəli” sədri təşkilatın gördüyü işləri tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, təşkilat bu il 3 geniştərkibli layihə həyata keçirib. Gənclərin fərdi təşəbbüslərinə dəstək olan təşkilat tərəfindən gənclər üçün faydalı olan 203 təlimdən 3908 gənc yararlanıb. 2003 yeni üzvümüzlə 206 görüş baş tutub. Bir il ərzində 11 ölkədə 22 beynəlxalq tədbirdə 83 “İrəli” gənci təmsil olunub. Dövlət Bayraq Gününə həsr olunan aksiyamıza 87 qurum və ümumilikdə 11 275 şəxs dəstək olub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və İdman Məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektor müdiri Fuad Babayev çıxış edib və təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, təşkilat yenə də böyük uğurlara imza atıb, nailiyyətlər əldə edib. Daha sonra konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif olunublar.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. 5 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətini gənclər hərəkatı kimi dayandırıb.

Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat olaraq 11, hərəkat olaraq fəaliyyətinin 16 yaşı tamam olub.

1news.az

Paylaş:
586

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər