İlin ən yaxşı smartfonları açıqlanıb
Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşri 2019-cu ilin ən yaxşı smartfonlarının reytinqini dərc edib.
1news.az ictnews.az-a istinadən bildirir ki, siyahıya görə, "OnePlus 7T Pro" qurğusu ən yaxşı smartfon seçilərək birinci yeri tutub. O, 90 QHs takt tezliyində işləyən "QHD " təsvir ölçülü 6,67 düymlük böyük "AMOLED" ekranı ilə fərqlənir. Smartfonun digər xüsusiyyətləri sırasında, həmçinin güclü proqram təminatı, yüksək sürət və sabit iş - öz sinfində ən yaxşı avtonomluq göstəricisi (bir dəfə tam enerji ilə doldurulmaqla 32 saat işləyir) sadalanır.
Ekspertlər tərəfindən "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən yaxşı model "iPhone 11 Pro", "Android" sistemli isə kompakt "Samsung Galaxy S10" smartfonu seçilib. Bundan əlavə, "Huawei P30 Pro" ən yaxşı kameraya malik smartfon kimi müəyyənləşdirilib. Qiymət və keyfiyyət nisbətinə görə ən yaxşı qurğu "OnePlus 7T" olub.
Ən yaxşı smartfonlarla yanaşı, alınması tövsiyə edilən bir neçə qurğu məlum olub. Bunlar "iPhone 11" və "iPhone 11 Pro Max", "Samsung Galaxy S10 ", "Galaxy Note 10 ", "Galaxy S10 5G" və "Galaxy S10e", "Huawei Mate 20 Pro", "Google Pixel 4 XL", "Xiaomi Mi Mix 3" modelləridir.
"The Guardian" ekspertləri alınması tövsiyə edilməyən 3 smartfonu da açıqlayıblar: "Google Pixel 4", "Razer Phone 2" və "Sony Xperia XZ3".
1news.az