Yevlaxda Həmrəylik günü və Yeni il münasibəti ilə təntənəli konsert keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda Həmrəylik günü və Yeni il münasibəti ilə təntənəli konsert keçirilib – FOTO

11:30 - 25 / 12 / 2019
Yevlaxda Həmrəylik günü və Yeni il münasibəti ilə təntənəli konsert keçirilib – FOTO

Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibəti ilə Respublikasnın tanınmış sənət adamlarının iştirakı ilə təntənəli bayram konserti keçirilmişdir.

1news.az-ın verdiyi xəbərə görə, Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrarsektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, minlərlə Yevlax sakininin iştirakı ilə keçən konsertdə  əsl bayram abu havası yaşanmışdır.

Qeyd olundu ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Populyar müğənni Sevda Yəhyayeva və gənc incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə 2 saatdan çox  davam edən konsert proqramında ifa edilən mahnı və rəqslər hər bir yevlaxlının qəlbinə sevinc bəxş etmişdir. Sevinc və coşqu dolu yevlaxlılar ölkə rəhbərliyinin Yevlax rayonuna olan diqqətini vurğulayaraq gördüyü işləri bir daha dəstəklədilər və  ona uğurlar arzuladılar.

Tədbir əzəmətli atəşfəşanlıqla başa çatmışdır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
2239

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər