Son onilliyin 10 ən yaxşı video oyunu müəyyənləşib
"TIME" jurnalı son onilliyin on ən yaxşı oyununun reytinqini tərtib edib.
1news.az ictnews.az-a istinadən xəbər verir ki, "Grand Theft Auto V" (2013), "The Legend of Zelda: Breath of the Wild" (2017) və "Fortnite" (2017) oyunları ilk üç yeri tutublar.
Dekabrın 19-da dərc edilmiş reytinqə, həmçinin 2009-cu ildə çıxarılmış "League of Legends" oyunu daxil edilib. Oyun kiberidman üçün qızıl standarta çevrilib. "League of Legends" yarışları dünyada stadionları doldurur və daha çox tamaşaçı cəlb edir.
2011-ci ilin oyunu olan "Dark Souls" süjetin mürəkkəbliyinə görə onluğa daxil edilib. Jurnalistlər bildiriblər ki, bir çoxları oyunun qeympleyini köçürməyə cəhd etsə də, heç kim buna nail olmayıb.
Reytinqdə, həmçinin "Minecraft", "Portal 2", "The Elder Scrolls V: Skyrim" və "Pokémon Go" kimi oyunlar var.
1news.az