İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

10:54 - 27 / 12 / 2019
İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

S.Xankişiyeva

 

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər