Zlatan İbrahimoviç yenidən “Milan”da
Dekabrın 27-da İtaliyanın “Milan” klubu qış fasiləsi ərəfəsində ilk transferini açıqlayıb.
AZƏRTAC “Milan”ın rəsmi saytına istinadla xəbər verir ki, klubun ilk transferi isveçli Zlatan İbrahimoviç olub. Müqavilənin detalları açıqlanmasa da, xarici KİV-lər Zlatanla 1,5 illik müqavilə imzalanacağını bildirir.
Zlatan yanvarın 2-də Milan şəhərində gəlib tibbi müayinədən keçəcək.
“Çox hörmət etdiyim kluba və sevdiyim şəhərə qayıdıram. Bu mövsümün gedişatını dəyişdirmək üçün komanda yoldaşlarımla birgə mübarizə aparacağam və hədəflərimizə çatmaq üçün hər şeyi edəcəyəm” - deyə İbrahimoviç bildirib.
Qeyd edək ki, Zlatan 2010-ci ildən 2013-cü ilə kimi “Milan”ın formasını geyinib. O, “rossoneri”lərin heyətində 61 oyunda meydana çıxıb və 42 qolla yadda qalıb.
Daha əvvəl bildirilirdi ki, 36 yaşlı hücumçu ilə "Everton", "Napoli" və A seriyasından "Monsa" maraqlanır.
1news.az