“Qarabağ” ilin ən yaxşı komandası oldu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” ilin ən yaxşı komandası oldu

16:43 - 29 / 12 / 2019
“Qarabağ” ilin ən yaxşı komandası oldu

Peşəkar Futbol Liqası 2019-cu ilin yekunu ilə bağlı statistika açıqlayıb.

1news.az qurumun saytına istinadən xəbər verir ki, bu il Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Premyer Liqada 2019-cu ilin ən yaxşısı "Qarabağ"dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox - 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun komandası digərlərindən daha çox - 67 xal toplayıb. İkinci göstəriciyə malik "Neftçi" 17 xal az yığıb. 3-cü nəticə isə "Zirə"yə məxsusdur.

2019-cu ildə "Qarabağ" ən çox, "Sabah" ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, "Səbail" qapısında daha çox qol görüb.

Ümumiyyətlə, il ərzində yalnız iki komanda  - "Qarabağ"la "Neftçi" top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

  1. "Qarabağ" - 28 oyun, 67 xal
  2. "Neftçi" - 28 oyun, 50 xal
  3. "Zirə" - 28 oyun, 38 xal
  4. "Keşlə" - 28 oyun, 34 xaı
  5. "Qəbələ" - 28 oyun, 32 xal
  6. "Sumqayıt" - 28 oyun, 32 xal
  7. "Səbail" - 28 oyun, 32 xal
  8. "Sabah" - 28 oyun, 23 xal

1news.az

Paylaş:
666

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər