Oqtay Gülalıyev hər iki gözünü açıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Gülalıyev hər iki gözünü açıb

09:50 - 29 / 12 / 2019
Oqtay Gülalıyev hər iki gözünü açıb

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

O bildirib:

"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.

Xatırladaq ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən "Semaşko"ya aparılıb, oradan isə "City Hospital" xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

1news.az

Paylaş:
557

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər