Acınacaqlı vəziyyətdə yaşayan ailənin köməyə ehtiyacı var: beş uşaq bir çarpayıda, ana isə döşəmədə yatır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Acınacaqlı vəziyyətdə yaşayan ailənin köməyə ehtiyacı var: beş uşaq bir çarpayıda, ana isə döşəmədə yatır – FOTO

09:48 - 29 / 12 / 2019
Acınacaqlı vəziyyətdə yaşayan ailənin köməyə ehtiyacı var: beş uşaq bir çarpayıda, ana isə döşəmədə yatır – FOTO

Ehtiyacı olanlara kömək etmək xeyirxah əməldir. Xüsusilə bu əməl hər kəsin xoş əhval-ruhiyyədə olduğu, sehr və möcüzə gözlədiyi Yeni il bayramı ərəfəsində daha da vacibdir.  

Bu gün sizlərə Facebook sosial şəbəkəsi istifadəçisi Ramil Əzməmədovun paylaşdığı statusdakı ailə haqqında danışacağıq. Ramil paylaşımında ailənin yaşadığı ağır şəraitdən bəhs edib. Həmçinin o, ailənin dərdinə biganə qalmayaraq onların evinə gedərək oradakı acınacaqlı mənzərə ilə bağlı foto və video da çəkib.

Fotolardan gördüyümüz acı mənzərə bizə o qədər təsir etdi ki, birbaşa ailənin yeganə başçısı Gülsarə Həmzəyeva ilə əlaqə saxladıq, onun yaşadığı acınacaqlı vəziyyətlə tanış olduq. Qadının sözlərinə görə, artıq 5 ildir ki, Sabunçuda yaşayış üçün olduqca şəraitsiz evdə 5 uşağı ilə birlikdə  yaşayırlar.

Beş uşaq bir çarpayıda, ana isə döşəmədə yatır. Ailənin bütün ağır yükünü tənha ana tək çəkir. Yalnız yaxın günlərdə bir neçə xeyirxah insan Gülsarə xanıma evin təmiri ilə bağlı müraciət edib.

Uşaqların atası bir neçə il öncə ailəni tərk edib. Tənha ana xadimə işləyərək aldığı qəpik-quruşla uşaqların məktəb ləvazimatlarını, geyim və qidasını güclə ödəyir.

“Uşaqlarım məktəbə getməlidir, lakin mənim onları məktəbə göndərmək üçün forma almağa belə imkanım yoxdur”, - kədərli ana bizə bildirdi.

Çarəsiz ailəyə kömək etmək istəyənlər Gülsarə Həmzəyeva ilə bu nömrə vasitəsilə əlaqə saxlaya bilər: (+994 77) 325-72-97

Xeyirsevər xalqımızın belə bir deyimi var: “Əl tutmaq Əlidən (imam) qalıb”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
5070

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər