Prezident İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB

15:50 - 29 / 12 / 2019
Prezident İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol-nəqliyyat infrastrukturunda həyata keçirilən genişmiqyaslı işlər bu sahənin müasir səviyyəyə çatmasında böyük rol oynayıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Pirşağı qəsəbəsində avtomobil tunelinin inşası da bunu bir daha sübut edir. Bu, eyni zamanda, ölkəmizin hər yerində, o cümlədən paytaxtın yol və nəqliyyat sektorunun təkmilləşdirilməsi, yeni yolların salınması, mövcud yol təsərrüfatının ən müasir səviyyədə yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığını göstərir. Bu layihələrin icrasından paytaxtla yanaşı, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür.

Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rola malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı qəsəbəsində yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.

Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.

Sonra dövlətimizin başçısı tunelin rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

10:37

Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsdi.

S.Xankişiyeva

Paylaş:
720

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər