Göygöldə ata oğlunu qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə ata oğlunu qətlə yetirib

12:44 - 02 / 01 / 2020
Göygöldə ata oğlunu qətlə yetirib

Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.

Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

S.Xankişiyeva

 

Paylaş:
507

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər