Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 8-10° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
S.Xankişiyeva