Bakıda yaşayış binasının dam örtüyü yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasının dam örtüyü yanır

15:38 - 05 / 01 / 2020
Bakıda yaşayış binasının dam örtüyü yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər