İlin ilk Ay tutulmasının vaxtı açıqlanıb  | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin ilk Ay tutulmasının vaxtı açıqlanıb 

11:48 - 07 / 01 / 2020
İlin ilk Ay tutulmasının vaxtı açıqlanıb 

2020-ci ildə ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə ediləcək.

1news.az

Paylaş:
455

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər