İranlı turist dəvələri ilə Avropa səyahətinə çıxıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İranlı turist dəvələri ilə Avropa səyahətinə çıxıb - VİDEO

17:24 - 08 / 01 / 2020
İranlı turist dəvələri ilə Avropa səyahətinə çıxıb - VİDEO

Ötən ilin may ayından dəvələri ilə səyahətə çıxan iranlı turist yeni ilin ilk günlərini Azərbaycanda qarşılayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri 8 ay əvvəl İranın cənubundan başlayaraq Avropa ölkələrinə səyahətə çıxıb. Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.

İki gündür Biləsuvarda gecələyən turist İmişli, Tərtər, Gəncə istiqamətində səfər edəcək, daha sonra isə Gürcüstan və Avropa ölkələrini gəzmək fikrindədir. Soyuq ölkələrdə olacağını qabaqcadan nəzərə alan turist çadırda istirahət etmək və gecələmək, eləcə də qida üçün kifayət qədər ehtiyat tədbirləri də görüb.

İranlı turist deyib: "Səyahət məqsədlərimdən biri də gəzdiyim ölkələrdə dəvələri təbliğ etməkdir. Çünki yaşadığım şəhərin tarixi qədim olsa da, dəvələrin sayı çox azdır, insanların əksəriyyəti dəvə saxlamır. Amma bu heyvanlar çox faydalıdır".

Məhəmməd Əmiri bildirib ki, ölkəmizə qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: "Avropanı gəzib qayıdarkən yenə də buradan, Azərbaycandan keçib getmək istəyirəm. Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər".

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Avropa səyahətindən sonra, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.

1news.az

Paylaş:
813

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər