İlqar Eyyubov: Nərmin faciəsi vətəndaşlarımız üçün ciddi siqnal olmalıdr | 1news.az | Xəbərlər
Cəmiyyət

İlqar Eyyubov: Nərmin faciəsi vətəndaşlarımız üçün ciddi siqnal olmalıdr

19:32 - 08 / 01 / 2020
İlqar Eyyubov: Nərmin faciəsi vətəndaşlarımız üçün ciddi siqnal olmalıdr

Nərmin faciəsi təkcə hüquq-mühafizə orqanları üçün yox, vətəndaşlarımız üçün də ciddi bir siqnal olmalıdır.

Hər evdə olan körpə belə təcavüzlərin qurbanına çevrilə bilər. Ona görə də hər birimiz ətrafımızda olan şəxslərin potensial cinayətkar olmasından azca da şübhələndiyimizdə bu haqqda hüquq-mühafizə orqanlarına müraciət etməliyik. Ayıq davranmalıyıq. Cinayətkarlığa qarşı mübarizədə yaxamızı kənara çəkməməliyik. Bu bizim cəmiyyətimizdir və baş verən bəlalardan heç birimiz sığortalanmamışıq.

​Firkimcə cinayətkarlığa qarşı mübarizədə vətəndaş dözülməzliyini ifadə edən təbliğat işlərində ciddi nöqsanlar var. Zorakılığa meyilli insanların ilk baxışdan hansı əlamətlərə malik olması, onların davranışı danışığı və s. barədə geniş maarifləndirmə aparılmalıdır. Bu vəzifə həm KİV-nin, həm də hüquq-mühafizə orqanlarının üzərinə düşür.

​Ancaq bu o, demək deyil ki, hüquq-mühafizə orqanları yalnız vətəndaşların məlumatlarını gözləməlidirlər. Nərminin itkin düşməsi ilə bağlı kifayət qədər əməliyyat-axtarış tədbirləri keçirilərək, onun tapılması təmin edilməli idilər. Bu sıradan bir cinayət deyil, insanlığı sarsıdan cinayətdir.

​Sosial-mediada aparılan müzakirələrdə belə cinayətlərin cəzasız qalması və ya cinayət qanunvericiliyində yüngül cəza nəzərdə tutulması ilə bağlı səhv fikirlər səslənir. Əslində bu cinayətin ictimai təhlükəliliyi digər cinayətlərdən dəfələrlə artıqdır. Ona görə də cinayət qanunvericiliyinə əsasən xüsusi ilə ağır cinayətlər hesab edilir.

​Bəziləri yeni şok effekti yaratmaq və ya səlahiyyətli orqanların fəaliyyətini kölgə altına almaq məqsədi ilə hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə ittiham edirlər. Nəzərə almaq lazımdır ki, cinayətkar həmişə hüquq-mühafizə orqanlarından bir addım öndədir. İnkişaf etmiş ölkələrin statistikasıa baxsaq, uşaq zorakılığı hallarının Azərbaycan Respublikasından dəfələrlə artıq olduğunu görə bilərik.

1news.az

Paylaş:
1898

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər