Rektor tələbələrin tələbi ilə dekanı işdən çıxardı – BAKIDA

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakultəsinin dekanı Ramiz Hüseynov tələbələrin tələbi ilə vəzifəsindən qovub.
Rektorun bu addımına səbəb tələbələrə qanunsuz olaraq forma satması olub.
Belə ki, R.Hüseynovun dekanı olduğu kafedradada müdafiə sənayesi üçün silahların hazırlanması tədris olunur. Dekan tələbələri 120-190 manat məbləğində olan olan xüsusi hərbi geyim forması almağa məcbur edib. Bunun üçün tələbələri özünün seçdiyi tikiş evinə yönləndirirmiş.
Bundan başqa, universitetin tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.
S.Xankişiyeva