Zakir Həsənov: Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir

15:28 - 10 / 01 / 2020
Zakir Həsənov: Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunulub, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini qeyd edib.

Diplomat da öz növbəsində Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək Bolqarıstanın Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Xankişiyeva

 

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər