Bakıda ölən əcnəbi qızların FOTOları | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ölən əcnəbi qızların FOTOları

11:44 - 10 / 01 / 2020
Bakıda ölən əcnəbi qızların FOTOları

Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən 3 əcnəbi qızın kimliyi məlum olub.

1news.az azvision.az-a istinadla xəbər verir ki, onlar Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Mövzu ilə bağlı:

Bakıda yaşayış binasında yanğın olub, 3 tələbə qız ölüb - FOTO

1news.az

Paylaş:
1521

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər