Nərminin qatili saxlanıldı? - DİN -dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərminin qatili saxlanıldı? - DİN -dən açıqlama

12:53 - 10 / 01 / 2020
Nərminin qatili saxlanıldı? - DİN -dən açıqlama

Bu gün mətbuatda Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə məlumat yayılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı 1news.az-a verdiyi açıqlamada bildirib ki, Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Biz bütün KİV-ləri ancaq təsdiq olunmuş doğru məlumatları yaymağa çağırırıq. Bu məsələ ilə bağlı hər hansı yeni məlumat olacağı təqdirdə ictimaiyyətə bu barədə məlumat veriləcək”- deyə, E.Zahidov qeyd edib.

1news.az

 

Paylaş:
1422

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər