Boksçularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar | 1news.az | Xəbərlər
İdman

Boksçularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar

16:51 - 13 / 01 / 2020
Boksçularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar

Yanvarın 14-də İstanbulda Əhmət Comərt boks turniri start götürəcək. Beş gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

1news.az xəbər verir ki, turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız Vətənə yanvarın 19-da qayıdacaq.

1news.az

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər