Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib – FOTO

17:17 - 14 / 01 / 2020
Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib – FOTO

NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.

APA-nın xəbərinə görə, Brüsseldə NATO-nun Mənzil Qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.

Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.

S.Xankişiyeva

Paylaş:
698

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər