Sürücülərdən rüşvət alan polis işdən qovulub – VİDEO

Yük avtomobilləri sürücülərindən rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib:
"Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric olunub".
Xatırladaq ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu bildirilib.
VİDEO – Baku.tv
S.Xankişiyeva
1335