Bakıda polis insanlara hücum edən dananı güllələdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis insanlara hücum edən dananı güllələdi - VİDEO

14:09 - 16 / 01 / 2020
Bakıda polis insanlara hücum edən dananı güllələdi - VİDEO

Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib.

1news.az-ın məlumatına görə, hadisə Binəqədi Rayonunun Cəfər Xəndan küçəsində baş verib. Şahidlərin sözlərinə görə insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib. 

Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısa müddət sıxlıq yaranıb. Daha sonra dana ərazidən götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

1news.az

Paylaş:
1073

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər