Bu gündən seçkiqabağı təşviqat başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gündən seçkiqabağı təşviqat başlayır

10:08 - 17 / 01 / 2020
Bu gündən seçkiqabağı təşviqat başlayır

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.

1news.az

Paylaş:
999

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər