Bu avtobuslar da “BakıKart” sisteminə keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu avtobuslar da “BakıKart” sisteminə keçəcək

13:40 - 21 / 01 / 2020
Bu avtobuslar da “BakıKart” sisteminə keçəcək

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Agentlikdən 1news.az-a bildirilib ki, yanvarın 24-dən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1news.az

Paylaş:
731

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər