Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb – VİDEO

14:21 - 21 / 01 / 2020
Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edir.

“Report” xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb.

Nazir dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf etmək, yüksəlmək imkanı verir: "Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısına ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi qoyulur. Lakin yaşından, ixtisasından, işləməsindən asılı olmayaraq, hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır.

XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər isə daha yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı, sosial məsuliyyətlik, innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər vaxtında və doğru qərar qəbul etməyi, işi düzgün bölüşdürməyi, komandada işləməyi bacarmalıdır. "Yüksəliş" müsabiqəsində məhz bu keyfiyyətlərə malik olanlar qalib gələcəklər. Lakin təkcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar isə ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramına cəlb olunacaqlar".

M.Cabbarov vurğulayıb ki, müsabiqənin hər mərhələsi iştirakçılara yeni imkanlar yaradacaq: "Yüksəliş ilkin seçim mərhələsindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Qaliblərə təqdim ediləcək qrant onların fərdi inkişaf yolunda yeni başlanğıc olacaq. Bir sözlə, istedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılmaqla həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra biləcək. Yüksəlişə qoşulun, yüksəliş sizinlə başlasın”.

S.Xankişiyeva

 

Paylaş:
978

Son xəbərlər

Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04
Bütün xəbərlər