“İllərimin dostu, sirdaşı!” – Zülfiyyə Xanbabayeva həyat yoldaşı haqda – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“İllərimin dostu, sirdaşı!” – Zülfiyyə Xanbabayeva həyat yoldaşı haqda – FOTO

12:05 - 21 / 01 / 2020
“İllərimin dostu, sirdaşı!” – Zülfiyyə Xanbabayeva həyat yoldaşı haqda – FOTO

Xalq artisti Zülfiyyə Xanbabayeva Instagram-da həyat yoldaşı ilə fotolarını paylaşıb.

Xanım sənətçi həyat yoldaşının doğum gününü sosial şəbəkə hesabında onun fotosunu paylaşaraq təbrik edib və ona təşəkkür edib:

"22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı. Ad günün mübarək!”

Şəxsi həyatı barədə mətbuata heç bir açıqlama verməyən Xanbabayevanın bu paylaşımı sosial şəbəkələrdə maraq doğurub.

Qeyd edək ki, sənətçi  "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.

Foto: Instagram by @zulfiyyaxanbabayeva

S.Xankişiyeva

 

 

 

Paylaş:
9877

Son xəbərlər

Bütün xəbərlər