Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

14:01 - 22 / 01 / 2020
Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

1news.az-ın verdiyi xəbərə görə, 2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxili bazar araşdırmaları üzrə KOB subyektlərindən daxil olmuş 8 müraciətə müsbət qərar verilib. Müraciətlər daxili bazar araşdırmasının aparılması üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq prosedurdan sonra konsaltinq şirkətlərinə yönləndirilib. Daxili bazar araşdırmaları birdəfəlik plastik və kağız qabların, alüminium folqadan qapaqların, fındıq və quru meyvə batonlarının, kağız məmulatların və termal kağızların, mühafizə üçün texnoloji avadanlıqların istehsalı, eləcə də süd və süd məhsulları üçün avadanlıqlar, çörək istehsalı, turizm sektorunda nəqliyyat xidməti sahələrini əhatə edir.

Qeyd edək ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar bu barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

S.Xankişiyeva

 

 

Paylaş:
1178

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər