Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub

15:40 - 22 / 01 / 2020
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub

Azərbaycanın Brüsseldəki səfirliyində Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərin işçi iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iclasda Azərbaycanı Avropa ölkələrində təmsil edən 20-dən çox səfir iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin xarici siyasət istiqamətləri və Avropa ölkələri ilə qarşılıqlı münasibətlərə dair tapşırıqları haqqında məlumat verib.

İclasda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların Avropa ölkələrində tanıdılması, fevralın 9-na təyin edilmiş parlament seçkiləri ilə bağlı Avropa institutlarının effektiv şəkildə məlumatlandırılması və digər mövzular barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Avropanın seçkili orqanlarının rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü əks etdirən müddəaların əksini tapması istiqamətində bundan sonra da səmərəli iş aparılmalıdır.

S.Xankişiyeva

 

Paylaş:
650

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər