Karate üzrə komandamız Fransada Premyer Liqada çıxış edəcək | 1news.az | Xəbərlər
İdman

Karate üzrə komandamız Fransada Premyer Liqada çıxış edəcək

17:29 - 22 / 01 / 2020
Karate üzrə komandamız Fransada Premyer Liqada çıxış edəcək

Böyüklərdən ibarət milli komandamız yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate 1 Premyer Liqa turnirində iştirak edəcək.

1news.az-ın Azərbaycan Milli Karate Federasiyasına istinadən verdiyi xəbərə görə, federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi heyətdə 12 idmançı və 3 nəfərlik kata komandası yer alıb.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun rəhbərliyi altında Firdovsi Fərzəliyev (60 kiloqram), Rafiz Həsənov və Tural Ağalarzadə ( hər ikisi 67 kiloqram), Rafael Ağayev (75 kiloqram), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kiloqram) mübarizə aparacaqlar. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında isə Nuranə Əliyeva (50 kiloqram), İlahə Qasımova (55 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fəridə Əliyeva (+68 kiloqram) medallar uğrunda yarışacaqlar.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə, həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə “Grand Winners” mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançıları Rafael Ağayevlə (75 kiloqram) İrina Zaretska (68 kiloqram) da var.

1news.az

Paylaş:
806

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər