Bakıda qar yağacaq, güclü külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qar yağacaq, güclü külək əsəcək

13:01 - 24 / 01 / 2020
Bakıda qar yağacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 25-də Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

1news.az

Paylaş:
1355

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər